İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərkük əyaləti ərazisində 43 ədəd partlayıcı qurğu, silah və digər hərbi təchizat kəşf edilərək götürülüb.
Bu barədə İraqın təhlükəsizlik nazirliyinin ümumi əlaqələr idarəsi məlumat yayıb. Məlumata əsasən, bu gün, 12 Oktaybr 2019-cu il, təhlükəsizlik qüvvələri əldə etdikləri məlumatın ardınca Kərkükün Dəbis şəhərinin "əl-Mənsuriyyə" və "əs-Səddə" qəsəbələrində təmizləmə əməliyyatına başlayıblar. Əməliyyat zamanı 43 partlayıcı qurğu, 9 raket, tank əleyhinə mina və digər hərbi sursat ələ keçirilib.
Qeyd edək ki, İŞİD terrorçularının 2017-ci ildə İraqda məğlubiyyətə uğrmasının ardınca bu ölkədə təmizləmə əməliyyatları başlayıb və hələ də davam edir.